Prezident latviyalı həmkarını təbrik edib
04 iyun 2015 15:34 (UTC +04:00)

Prezident latviyalı həmkarını təbrik edib

0

Prezident İlham Əliyev latviyalı həmkarı Raymonds Veyonisə təbrik məktubu göndərib. 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

"Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar