Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
22 oktyabr 2014 12:58 (UTC +04:00)

Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluq ifadə olunub. Bu yaxınlarda Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinin keçirilməsinin bu ölkələr arasında əlaqələrin inkişafı işinə xidmət etdiyi bildirilib.


Qubernator Aleksandr Jilkin Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən layihələri yüksək qiymətləndirdi və bu layihələrin vilayətin əhalisi tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib.


Görüşdə Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

# 414
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar