Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasına yeni səfir təyin edib.
Lent.az-ın president.az saytına istinadən məlumatına görə, bu barədə dövlət başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.