Prezident İlham Əliyev bp şirkətinin icraçı direktorunu qəbul edib
18 dekabr 2012 17:32 (UTC +04:00)

Prezident İlham Əliyev bp şirkətinin icraçı direktorunu qəbul edib

0

Prezident İlham Əliyev dekabrın 18-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla bp şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, Azərbaycanda işlənilən yataqlar, o cümlədən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarında birgə layihələrin işlənilməsi istiqamətində səmərəli nəticələrin əldə olunduğu vurğulanıb, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ölkə başçısı bu gün həmçinin, Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi də qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 905

Oxşar yazılar