Prezident Şahtaxtinskini qəbul edib
03 iyun 2015 14:33 (UTC +04:00)

Prezident Şahtaxtinskini qəbul edib

0

 Prezident İlham Əliyev ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, Prezident İlham Əliyev iyunun 3-də ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

İlham Əliyev  Aleksis Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək ötən dövr ərzində həyata keçirilən layihələrin yaxşı nəticələr verdiyini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski fəaliyyəti dövründə təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı və eləcə də ölkəmizin rifahı naminə səylərini əsirgəmədiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar