Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisindəki “Xocalı” abidəsini ziyarət edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı Xocalı soyqırımı zamanı erməni cəlladları tərəfindən qətlə yetirilmiş azərbaycanlıların xatirəsinə ucaldılmış abidə qarşısına əklil qoyub.
Prezidenti hökumət və dövlət rəsmiləri müşayiət edib. Türkiyənin ölkəmizdə səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu da abidənin önünə gül dəstələri qoyub.
Bakı sakinlərinin “Xocalı” abidəsi önünə axını davam edir.
Qeyd edək ki, bu gün Xocalı faciəsindən 23 il ötür.