Prezident Horadizdə Heydər Əliyev Parkının açılışında iştirak edib
15 dekabr 2012 14:39 (UTC +04:00)

Prezident Horadizdə Heydər Əliyev Parkının açılışında iştirak edib

0

Azərbaycan prezidenti İlham Əliyev Horadizdə Heydər Əliyev Parkının açılışında iştirak edib. APA-nın məlumatına görə, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev prezident İ. Əliyevə Heydər Əliyev Parkında görülmüş tikinti işləri barədə məlumat verib.

 

Bildirilib ki, parkda Heydər Əliyevin möhtəşəm abidəsi qoyulub, dirəyinin hündürlüyü 33 metr olan dövlət bayrağı ucaldılıb.

 

Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib. 



Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub.

 

 

APA-nın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov görülmüş işlər barədə prezidentə məlumat verib.

 

Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada yeni yaradılmış ana və uşaq otağı, akt zalı və yeməkxana fəaliyyət göstərir. Vağzal binasında sərnişinlərin əşyalarının saxlanması üçün kameralar quraşdırılıb, dispetçer otağında yüksək xidmət şəraiti yaradılıb. Bundan başqa, binada həkim otağı, inzibati otaqlar, kassalar və digər bölmələr var.

 

Qeyd olunub ki, Horadiz sərnişin stansiyasında bilet satışı noyabrın 1-dən etibarən avtomatlaşdırılaraq beynəlxalq internet şəbəkəsinə qoşulub. Artıq Azərbaycan dəmir yolunun 48 sərnişin stansiyası da bu sistem üzrə fəaliyyət göstərir. Sərnişinlər istənilən istiqamət üzrə biletlərini onlayn rejimdə sifariş verə və ala bilərlər.

 

Azərbaycan prezidenti İlham Əliyev Horadiz şəhərində YAP Füzuli rayon təşkilatının inzibati binasının açılışında da iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

 

Məlumat verilib ki, YAP Füzuli rayon təşkilatının 5 min 500-dən çox üzvü var. Onların 2 min 300-ü qadın, 1500-ü isə gəncdir.

 

Prezident rayon təşkilatının yeni inzibati binası ilə tanış olub, yaradılan şəraiti yüksək qiymətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 968

Oxşar yazılar