İlham Əliyev: “Əməkdaşlığımızın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümid edirəm” - YENİLƏNİB
22 noyabr 2016 11:34 (UTC +04:00)

İlham Əliyev: “Əməkdaşlığımızın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümid edirəm” - YENİLƏNİB

 

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki qəbul edib.

 

 

APA-nın məlumatına görə, dövlət başçısı xanım Bridcet Brinklə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

 

 

B. Brink isə ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb.

 

 

Görüşdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

**

10:04

Prezident İlham Əliyev noyabrın 22-də ABŞ dövlət katibinin müşavirinin müavinini qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini xanım Bridcet Brinki qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar