Poltavada “Xocalını hiss et” aksiyası keçirilib
27 fevral 2015 06:39 (UTC +04:00)

Poltavada “Xocalını hiss et” aksiyası keçirilib

Ukraynanın Poltava şəhərində ötən gen Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı (ÜAGT) tərəfindən “Xocalını hiss et” devizi altında aksiya keçirilib. ÜAGT Poltava nümayəndəliyinin mətbuat xidmətindən Lent..az-a verilən xəbərə görə, gənclər havanın soyuq və yağışlı olmasına rəğmən aksiyanın devizinə uyğun olaraq simvolik şəkildə qolu qısa, nazik geyimdə Xocalı haqqında xüsusi buraxılış olan qəzetləri yerli əhaliyə  paylayıblar.  

 

ÜAGT Poltava nümayəndəliyi rəhbəri Qazax Nağı aksiyanın uğurla baş tutduğunu deyib: “Düşünürəm ki, dünyanın hər bir yerində yaşayan azərbaycanlılar Xocalını qeyd etməlidir, müxtəlif formalarda etirazlar olmalıdır. Biz də etirazın bu formasını seçdik. İnsanların payladığımız qəzetləri zibil qutularına atmamalarına, oxumalarına çalışdıq. Düşünürəm ki, aksiyanı bu barədə uğurlu saya bilərik.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379
avatar

Oxşar yazılar