Perinçek Əsədlə görüşündə Suriya ermənilərinin Qarabağda yerləşdirilməsi məsələsini qaldıracaq
01 mart 2015 03:26 (UTC +04:00)

Perinçek Əsədlə görüşündə Suriya ermənilərinin Qarabağda yerləşdirilməsi məsələsini qaldıracaq

Beynəlxalq imperializm daşnakların arxasından çəkilməlidir. Bu sözləri APA-nın Türkiyədəki müxbirinə açıqlamasında Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçek deyib. Suriya prezidenti Bəşər Əsəd ilə görüşmək üçün Vətən Partiyası heyəti ilə Dəməşqə yola düşməzdən əvvəl İstanbul aeroportunda keçirdiyi mətbuat konfransında APA-nın “1980-ci illərin axırlarından  başlayaraq, Suriya mənşəli   erməni terrorçu qrupları Azərbaycan torpaqlarına erməni təcavüzündə iştirak  ediblər. Suriyada vətəndaş müharibəsi başlayandan sonra da ölkəni tərk edən erməni qruplarının Azərbaycanın işğal altındakı torpaqlarına yerləşdirildiyi bildirilməkdədir. Prezident Əsəd və Suriyanın digər rəsmi şəxsləri ilə görüşlərinizdə bu problemi gündəmə gətirəcəksinizmi?”- sualına Doğu Perinçek bu şəkildə cavab verib: “Əlbəttə ki, gündəmə gətirəcəyik. Əsas məsələ beynəlxalq imperializmin daşnaklara dəstəyinin son qoyulmasına nail olmaqdır. Çünki beynəlxalq imperializm türk millətinə qarşı daşnaklardan istifadə edir. Bunun ən böyük zərərini isə Ermənistan görür. Azərbaycan bizim can qardaşımız olan ölkə, Suriya isə bizimlə cəbhə olan ölkədir. Ona görə də beynəlxalq imperializmin bölgədəki planlarına qarşı hamımız qüvvələrimizi birləşdirməliyik. Soruşduğunuz məsələni gündəmə gətirib hamımız üçün şad xəbərlərlə dönəcəyimizə əmin ola bilərsiniz”.

 

Vətən Partiyası heyətinin martın 3-də Suriyadan Türkiyəyə qayıtması gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar