<b>Prezident Pakistanın baş naziri ilə görüşdü</b>
14 oktyabr 2016 10:45 (UTC +04:00)

Prezident Pakistanın baş naziri ilə görüşdü

 

Azərbaycana rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qarşılanma mərasimində hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.

 

Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar