Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri başa çatıb.
Lent.az-ın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistan prezidenti Məmnun Hüseyni və xanımı Mehmuda Məmnunu hava limanında baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.