Pakistan prezidenti Azərbaycan Xalça Muzeyində oldu
13 mart 2015 22:09 (UTC +04:00)

Pakistan prezidenti Azərbaycan Xalça Muzeyində oldu

Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn martın 13-də Azərbaycan Xalça Muzeyində olub. Lent.az-ın məlumatına görə, ali qonağa məlumat verilib ki, muzeyin ekspozisiyası xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini, xalçalara xas olan nadir gözəlliyi, zərifliyi və bədii məziyyətləri, xalça materialının, xalçaların yaradılması texnikasının harmoniyasını nümayiş etdirir.

 

Bildirilib ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbi – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəbləri təmsil olunub. Diqqətə çatdırıldı ki, muzeyin kolleksiyasında xovsuz xalçaların nadir nümunələri də saxlanılır. Məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. Hər il noyabrın 16-sı ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.

 

Azərbaycan Xalça Muzeyi ali qonaqda xoş təəssürat doğurub. Sonda prezident Məmnun Hüseynə xatirə hədiyyəsi təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar