APA-nın Baş Assambleyanın saytına istinadən verdiyi xəbərə görə, E. Məmmədyarovun çıxışı ümumi siyasi müzakirələr çərçivəsində günorta sessiyasında nəzərdə tutulub.
E. Məmmədyarovla yanaşı Türkiyə baş naziri Əhməd Davudoğlunun da bu gün Assambleyada çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl E. Məmmədyarov BMT Baş Assambleyasının Davamlı İnkişaf Sammitində çıxış edib.