Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 12-14 oktyabr tarixlərində Azərbaycana gözlənilən səfəri təxirə düşüb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, səfər onun səhhətində yaranmış problemlə əlaqəli təxirə salınıb.
Prezidentin mətbuat katibi Aydos Ukibay bildirib ki, N.Nazarbayev soyuqdəymə ilə bağlı müalicə alır, ümumilikdə isə sağlığı üçün böyük təhlükə yoxdur. Bu həftə ərzində heç bir yerə səfəri gözlənilmir.