Energetika naziri Natiq Əliyev Türkiyənin Beynəlxalq İdeal Sülhün Təbliği Vəqfi tərəfindən mükafatlandırılıb.
Energetika Nazirliyindən Lent.az-a verilən məlumata görə, Natiq Əliyev mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətinə, dünyada sülhə verdiyi töhfələrə və bəşəri ideyaların təbliğindəki xidmətlərinə görə “Beynəlxalq Sülh Elçisi” statusuna layiq görülüb.