Bu günMüsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, Divanda bu ayın sonunda partiyanın yerli strukturlarının iştirakı ilə zona müşavirələrinin keçirilməsi qərara alınıb.
İclasda hakimiyyətin siyasi partiyalarla əlaqələrin qurulması istiqamətindəki son təşəbbüsləri müsbət qiymətləndirilib. Eyni zamanda müzakirə olunacaq mövzuların qabaqcadan müəyyən edilməsi və görüşün formatının Müsavatla əvvəlcədən razılaşdırılacağı təqdirdə partiyanın bu prosesdə iştirakı mümkün hesab edilib. Fevralı 26-da Xocalı soyqırımı ilə əlaqədar “Ana fəryadı” abidəsinin ziyarət olunması barədə qərar qəbul olunub.