Musa Quliyev Sabir Rüstəmxanlıya: "Ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdı, xahiş etsin..."
29 may 2015 15:17 (UTC +04:00)

Musa Quliyev Sabir Rüstəmxanlıya: "Ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdı, xahiş etsin..."

"Əgər Gəncə İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, bunu desin. Yox , əgər belə deyilsə, zəhmət çəkib onun yeni büstünü qoysun”.

 

 

Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisin bugünkü iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

 

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Milli Şurası Gəncədən fəaliyyətə başlasa da, bu şəhərdə Rəsulzadənin "büstünün başına çuval keçirilib": "Ona qarşı bu cür münasibət göstərmək olmaz”.

 

 

Millət vəkili Musa Quliyev isə Sabir Rüstəmxanlını qərəzli olmaqda ittiham

edib və onun fikirlərinin heç bir əsası olmadığını bildirib: " Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır, həqiqəti əks etdirmir. Abidənin olduğu parkda təmir işləri gedir, həmin abidə də keyfiyyətsizdir. Abidənin təmir işləri ilə bağlı işlər aparıldığı üçün üstü örtülüb".

 

 

M. Quliyev onu da xatırladıb ki, Rəsulzadənin heykəli olan park, Gəncə İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyinin balansındadır: "O park baxımsız vəziyyətdədir. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib xahiş eləyib parkı təmir etdirsin. Gəncə İcra Hakimiyyətinin balansında “İstiqlal” parkı var və gözəl təmir olunub".

 

 

M. Quliyev S. Rüstəmxanlını "stəkanda fırtına yaratmaqda" da ittiham edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar