Müluz şəhərinin meri Gəncəyə səfər edib
12 fevral 2015 20:54 (UTC +04:00)

Müluz şəhərinin meri Gəncəyə səfər edib

Fransanın Müluz şəhərinin meri Jan Rotner və turizm ofisinin prezidenti Jan Piyer Valter Gəncəyə səfər edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, qonaqlar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq, regionlar arası  əlaqə və turizm sahəsində əməkdaşlıq istiqamətində müzakirələr aparılıb. Elmar Vəliyev  Gəncənin tarixi hissəsində aparılan işlər barədə qonaqlara məlumat verib. Gəncənin 2016-ci ildə Avropanın Gənclər paytaxtı elan olunduğunu və bu sahədə görülən işləri qonaqların nəzərinə çatdırılıb.

 

Müluz  meri Jan Rotner Gəncənin Avropanın gənclər paytaxtı elan olunmasına çox məmnun olduğunu  bildirib. Növbəti illərdə təmsil etdiyi şəhərin də bu müsabiqədə iştirak edəcəyini deyən mer bu istiqamətdə Gəncənin təcrübəsini öyrənəcəklərini bildirib.

 

Görüşdən sonra qonaqlar Gəncə Dövlət Universitetində olublar və orada fransız dili ixtisasında işləyən müəllim və təhsil alan tələbələrlə görüşüblər.

 

Nümayəndə heyəti sabah Yevlaxa yola düşəcək və bu şəhərlə Fransanın Müluz şəhərinin qardaşlaşması barədə sənəd imzalanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar