Müdafiə naziri Sloveniya parlamentində olub
14 mart 2015 13:21 (UTC +04:00)

Müdafiə naziri Sloveniya parlamentində olub

Sloveniyada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənovu bu ölkənin parlamentinin sədri doktor Milan Brqlez qəbul edib. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin getdikcə genişlənməsi və əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

M. Brqlez dövlətlərimiz arasında oxşar tarixin və bir sıra ümumi maraqların olduğunu əsas gətirərək qarşılıqlı fəaliyyətlərin bundan sonra da davam edəcəyinə və birgə səylərin artırılacağına ümidvar olduğunu qeyd edib.
Onun sözlərinə görə, II Dünya müharibəsi illərində partizan hərəkatında iştirak edərək qəhrəmancasına həlak olan və Sloveniya torpağında dəfn edilən əfsanəvi Mehdi Hüseynzadə xalqlarımız arasında məhz həmin mənəvi körpünün əsasını təşkil edir.

Müdafiə naziri öz növbəsində Azərbaycanın dəyərli qəhrəmanının xatirəsinə göstərilən ehtirama görə Sloveniya rəhbərliyinə və xalqına dərin minnətdarlığını bildirərək Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin üzləşdiyi digər təhlükəsizlik məsələlərini də xüsusi olaraq diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 87
avatar

Oxşar yazılar