<span style="color:red;">Zakir Həsənov:  "Ermənistan "status-kvo”nu saxlamaqda maraqlıdır"
01 oktyabr 2015 18:45 (UTC +04:00)

Zakir Həsənov: "Ermənistan "status-kvo”nu saxlamaqda maraqlıdır"

0

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Müdafiə naziri, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıqdır ki, erməni işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyünü, qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə qoşunların təmas xəttinə yaxın kəndləri, dinc sakinləri atəşə tutması faktlarını qonaqların diqqətinə çatdırıb.


“Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud “status-kvo”nu saxlamaqda maraqlıdır. Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni yerinə yetitəcəkdir”, - deyə nazir bildirib.


Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar