Moldova Azərbaycanlıları Konqresinin sədri, iş adamı, xeyriyyəçi Vüqar Novruzov bu ölkənin ali dövlət mükafatına layiq görülüb.
Lentaz-ın məlumatına görə, V. Novruzov Moldovanın ali dövlət mükafatı - Respublika ordeni ilə təltif olunub və bu gün Moldova Respublikasının Dövlət İqamətgahında mükafatın təqdimat mərasimi keçirilib.
Bildirək ki, respublika ordeni Moldovada vətənin və cəmiyyətin inkişafına naminə bütün sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.
Qeyd edək ki, V. Novruzov 1962-ci ildə Azərbaycan Respublikasının Laçın rayonuda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayan V.Novrizov Moldova Dövlət Universitetinin hüquq fakultəsinin məzunu, hüquq elmləri doktorudur. O, 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olur, hazırda "Azmol Kompany" şirkətinin baş direktorudur. Vüqar Novruzov 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Vüqar Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.