Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisidən Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Lent.az-ın prezident.az-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
Zati-Aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.
Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımın olduğunu bildirirəm.
Dərin hörmətlə,
Əbdülfəttah əs-Sisi
Misir Ərəb Respublikasının Prezidenti
Eləcədə Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev,Montoneqronun Prezidenti Filip Vuyanoviçdə Respublika günü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.