Mirmahmud Mirəlioğlu Milli Şuranın sessiyasına niyə qatılmayıb?
15 sentyabr 2014 11:29 (UTC +04:00)

Mirmahmud Mirəlioğlu Milli Şuranın sessiyasına niyə qatılmayıb?

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və müavinləri Milli Şuranın sonuncu sessiyasına qatılmayıblar.

 

APA-nın məlumatına görə, ötən gün Milli Şura üzvlərindən birinin ofisində baş tutan sessiyada ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

 

VHP Ali Məclisinin sədri Rafiq Manaflı APA-ya açıqlamasında deyib ki, sessiyada müəyyən şəxslərin iştirak etməməsinə baxmayaraq, yetərsay təmin olunub.

 

Sessiyada KXCP sədri Mirmahmud Mirəlioğlu, sədrin müavini Xəzər Teyyublu, Ali Məclisin sədri Bəybala Əbil iştirak etməyiblər.

 

X. Teyybulu və B. Əbil APA-ya açıqlamalarında sessiyada iştirak etməmələrinin səbəbini Bakıdan kənarda olmaları ilə əsaslandırıblar.

 

M. Mirəlioğlu isə bu barədə danışmaq istəməyib.

 

Milli Şuranın mətbuat xidmətinin rəhbəri, KXCP sədrinin müavini Oqtay Gülalıyev isə M. Mirəlioğlunun sessiyada iştirak etməməsi ilə bağlı Milli Şura rəhbərliyinə hər hansı məlumat vermədiyini deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar