Azərbaycan prezidenti İlham Əliyev “2013-2016-cı illərdə Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, habelə terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və milli maraqların digər təhdidlərdən qorunması sahəsində təhlükəsizlik orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək, maddi-texniki bazasını və əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə təsdiqlənən Dövlət Proqramı hər il üçün təsdiq olunan dövlət büdcəsində Milli Təhlükəsizlik Nazirliyinə nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçiriləcək.
Sərəncam 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.