Milli Şurada aləm qarışdı - İTTİHAM
06 sentyabr 2013 13:47 (UTC +04:00)

Milli Şurada aləm qarışdı - İTTİHAM

Əvəz Temirxan açdı sandığı, tökdü pambığı...

 

 

Müsavat Partiyası başqanı İsa Qəmbərin müşaviri Səxavət Soltanlının ACP lideri Rəsul Quliyevin və ALP lideri Lalə Şövkətin Milli Şuradan çıxarılmasını tələb etməsi qurumu qarışdırıb.

 

 

Liberal Partiyasının sədri Əvəz Temirxan Lent.az-a açıqlamasında deyib ki,  bu, Səxavət Soltanın yox, İsa Qəmbərin sözüdür. 

 

Temirxanın bildirdiyinə görə, avqustun 23-də Milli Şuranın iclasına Liberal Partiya adından o sədrlik etməli imiş. Liberal Partiyanın istəyi də bu olub ki,  Rüstəm İbrahimbəyov seçkidən kənarda qalacağı halda Millii Şuranın ehtiyat vahid namizədi reytinq səsverməsi ilə müəyyənləşsin.

“ Lalə Şövkətin vahid namizəd olmaq istəyi, Rəsul Quliyev də ölkəyə gəlmək imkanı yox idi. Biz, vahid namizəd iddiasını ortaya qoyan 4 nəfərin, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və Mirmahmud Mirəlioğlunun öz aralarında birinin vahid namizəd olması barədə razılığa gəlmələrini istəyəcəkdik. Bu olmayacağı təqdirdə, ehtiyat vahid namizədi reytinq səsverməsi ilə müəyyənləşməsini gündəmə gətirəcəkdik.  Mən iclasa sədrlik edəcəyim halda belə olacaqdı. İsa Qəmbər reytinq səsverməsini uduzacağını bildiyi üçün mənim sədrliyimi əngəllədi. Gördüm ki, əgər təkid etsəm, daxildə narazılıq yaranacaq. Ona görə də sədrliyi İsa Qəmbərə güzəştə getdim. İsa Qəmbər Rüstəm İbrahimbəyovu Rusiya layihəsi olmaqda ittiham etdi, onun və tərəfdaşlarının Rusiya layihəsini Azərbaycan layihəsinə çevirməyi ilə öyündü. İsa Qəmbər Azərbaycan mətbuatına belə açıqlama verdi, hətta bu, Türkiyə mətbuatında da yer aldı”.

 

Əvəz Temirxanın dediyinə görə, belə olan halda sosial şəbəkədəki statusunda Milli Şurada təmsil olunan bəzi şəxslərin Rüstəm İbrahimbəyovun seçkidə iştirak edə bilməməsinə sevinmələrini  başa düşmədiyini yazıb.

 

“İsa Qəmbər mənim bu statusumda özünü gördü. Sentyabrın 2-də İsa Qəmbərin otağındakı toplantıda mənə iradını bildirdi ki, siz bizə qarşı təbliğat aparırsınız. Mən də dedim ki, heç kimin adını çəkməmişəm. Sadəcə, mənim statusuma rəy yazanlar Rüstəm İbrahimbəyovun vahid namizəd kimi seçkiyə qatılmamasına sevinən kimi sizi görüblər. Belə olan halda, İsa Qəmbər dedi ki, sizə qarşı elə təbliğat apararıq ki, dəymişiniz dura-dura kalınız tökülər. Mən də dedim ki, nə bilirsiniz, onu edin. Onsuz da 20 ildir ki, “Yeni Müsavat” qəzeti və partiyanız Lalə Şövkət əleyhinə əlindən gələn təbliğatı aparıb, yazdırmadığınız böhtanlar qalmayıb”.

 

Əvəz Temirxan buna görə də hesab edir ki, Səxavət Soltanın açıqlaması heç də onun açıqlaması deyil: “İsa Qəmbərin, həm də iqtidarın qəzeti olan “Yeni Müsavat”ın Lalə Şövkətin üstünə gəlməsi iqtidarla İsa Qəmbərin Lalə Şövkətə hücumudur. Rüstəm İbrahimbəyovu Rusiya layihəsi sayan İsa Qəmbər onun rəhbərliyi altında Londona necə gedir? Rüstəm İbrahimbəyovla necə üz-üzə gələcək?”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1085
avatar

Oxşar yazılar