Milli Şura yenə mitinq keçirəsi olmadı
16 may 2015 22:34 (UTC +04:00)

Milli Şura yenə mitinq keçirəsi olmadı

Milli Şura mayın 23-də aksiya keçirməyəcək.

 

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı APA-ya deyib ki, onlar aksiyanın mayın 23-də keçirilməsi il bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təklifini qəbul etməyiblər.

 

F. Qəhrəmanlı deyib ki, bu barədə qərar bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında verilib. Milli Şura mayın 31-də aksiya keçirilməsi ilə bağlı qərar qəbul edib. Mayın 18-də bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

 

 

Qeyd edək ki, BŞİH Milli Şuranın mitinq keçirməsi ilə bağlı müraciəti müsbət cavablandırıb və mayın 23-də saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib.

 

 

 Lakin Milli Şura bu tarixdə aksiya keçirməkdən imtina edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar