Milli Şura sessiya keçirməyə yer tapmır
06 iyun 2014 13:12 (UTC +04:00)

Milli Şura sessiya keçirməyə yer tapmır

Yay fəsli ilə əlaqədar Milli Şuranın sessiyaları müvəqqəti keçirilməyə bilər.

 

Bu barədə APA-ya VHP Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı deyib.

 

R.Manaflı qeyd edib ki, yay fəsli ilə əlaqədar Milli Şuranın sessiyalarının fəaliyyətinə müvəqqəti xitam verilməsi haqqında müzakirələr aparılır: “Bu məsələ hazırda gündəmdədir. Çünki yayda qurumun əksər üzvləri Bakıda olmayacaq, bir çoxları istirahət mərkəzlərinə gedəcəklər. Ancaq hələ ki, konkret bir qərar yoxdur. Ehtimal ki, sessiyalara payıza qədər fasilə veriləcək”.

 

R.Manaflı onu da deyib ki, qurumun sessiyalarının keçirilməsi ilə bağlı yer problemi mövcuddur: “Biz Klassik Xalq Cəbhəsi Partiyasının qərargahını ehtiyat variant kimi saxlayırıq, ancaq eyni zamanda alternativ yerlər haqqında da düşünürük. Bu istiqamətdə olan təklifləri müzakirə edirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465
avatar

Oxşar yazılar