Milli Şuranın 400 nəfərlik mitinqi başa çatıb - <span style="color:red;">YENİLƏNİB
30 may 2015 17:11 (UTC +04:00)

Milli Şuranın 400 nəfərlik mitinqi başa çatıb - YENİLƏNİB

Milli Şuranın Bakıdakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə 400 nəfər iştirak edib.

 

APA-nın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda deyilir.

 

Bildirilir ki, saat 15.30-dan 16.30-dək davam edən mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib. 

***

 

Milli Şuranın bu gün keçirilən mitinqi başa çatıb. 
 

APA-nın məlumatına görə, mitinq vaxtından yarım saat gec başlayıb və yarım saat tez bitib. 
 

Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Əbülfəz Qurbanlı, AXCP sədri Əli Kərimli, “Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyev və Milli Şuranın sədri Cəmil Həsənli çıxış ediblər. 
 

Mitinq qətnamənin oxunması ilə başa çatıb. 

 

***

 

Milli Şura Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda mitinq keçirir.

 

APA-nın məlumatına görə, mitinq Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılıb.

 

Aksiyada Müsavat, ADP, KXCP və digər müxalif partiyalar iştirak etmir.

 

Mitinq elan olunduğundan yarım saat gec başlayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar