Bakı polisindən Milli Şuranın mitinqi ilə bağlı açıqlama - <span style="color:red;">YENİLƏNİB
15 mart 2015 19:30 (UTC +04:00)

Bakı polisindən Milli Şuranın mitinqi ilə bağlı açıqlama - YENİLƏNİB

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın martın 15-də keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

 

İdarədən APA-ya daxil olan məlumatda bildirilir ki, martın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

 

***

17:03

Martın 15-də Yasamal rayonu ərazisindəki keçmiş “Məhsul” stadionunda Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.


 

APA-nın məlumatına görə, qiymət artımına etiraz olaraq keçirilən aksiyada Milli Şuraya daxil olan qurumlarla yanaşı, digər müxalifyönlü təşkilatların təmsilçiləri iştirak ediblər.

 

Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Milli Şuranın üzvü Rövşən Əhmədli, AXCP sədrinin müavinləri Əbülfəz Qurbanlı, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və digərləri çıxış ediblər.

 

Sonda mitinqin qətnaməsi oxunub, növbəti mitinqin tarixi də açıqlanıb.

 

Növbəti aksiya aprelin 5-nə təyin edilib.

 

Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

 

Qeyd edək ki, Müsavat Partiyası və digər partiyaların rəhbərləri aksiyaya qatılmayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar