Milli Məclisin sədri Oqtay Əsədov Çin Xalq Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin problemin sülh yolu ilə aradan qaldırılmasına tərəfdar olduğunu Bay Liçen Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, bu məsələdə ölkəsinin Azərbaycana gələcəkdə də dəstək verəcəyini qeyd edib.
Çin nümayəndə heyəti Milli Məclisdə Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə də görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.