[b]Milli Məclisdə 2016-cı ilin son iclası keçirildi[/b] - YENİLƏNİB
30 dekabr 2016 13:41 (UTC +04:00)

[b]Milli Məclisdə 2016-cı ilin son iclası keçirildi[/b] - YENİLƏNİB

0

 

 

Azərbaycan Milli Məclisinin 2016-ci ildə sonuncu plenar iclası başa çatıb. APA-nın məlumatına görə, spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.

 

MM sədri payız sessiyası dövründə Milli Məclisin məhsuldar fəaliyyət göstərdiyini bildirib.

 

Onun sözlərinə görə, payız sessiyası dövründə 195 qanun və qərar qəbul edilib. Milli Məclisin üzvləri dünyanın 24 ölkəsinə 50-dən çox səfər edib: “Millət vəkilləri bir çox ölkələrdə parlament və prezident seçkilərini də izləyib”.

 

Spiker parlament adından Azərbaycan xalqını və prezident İlham Əliyevi qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib.

 

Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

 

**

12:10

Bu gün Milli Məclisinin 2016-cı ildə payız sessiyasında son iclası keçirilir.

 

APA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov ilk növbədə millət vəkili Zeynəb Xanlarovanın 80 illik yubileyi ilə əlaqədar təbrik edib.

 

Daha sonra O. Əsədov bildirib ki, iclasın gündəliyinə 25 məsələ daxildir.

 

Bunlar “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” layihə, İnzibati Xətalar, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrinə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İcra haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Milli Məclisin müraciətinin təsdiq edilməsidir.

Azərbaycan Milli Məclisinin 2016-ci ildə sonuncu plenar iclası başa çatıb. APA-nın məlumatına görə, spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.

 

MM sədri payız sessiyası dövründə Milli Məclisin məhsuldar fəaliyyət göstərdiyini bildirib.

 

Onun sözlərinə görə, payız sessiyası dövründə 195 qanun və qərar qəbul edilib. Milli Məclisin üzvləri dünyanın 24 ölkəsinə 50-dən çox səfər edib: “Millət vəkilləri bir çox ölkələrdə parlament və prezident seçkilərini də izləyib”.

 

Spiker parlament adından Azərbaycan xalqını və prezident İlham Əliyevi qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib.

 

Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar