Millət vəkilinə bir gündə iki mükafat
27 dekabr 2012 19:26 (UTC +04:00)

Millət vəkilinə bir gündə iki mükafat

0

Millət vəkili Qənirə Paşayeva bir gündə iki mükafata layiq görülüb. Lent.az-ın məlumatına görə, deputat xanım Qənirə Paşayeva Gənclər Mərkəzi, Turizmə Dəstək Gənclər koalisiyası və digər gənclər təşkilatları tərəfindən bu il təsis edilən "Odlar Yurdu" milli mükafatına layiq görülüb. O, qanunvericilikdə uğurlu fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Qənirə Paşayevanı həmçinin Qafqaz Universiteti də mükafatlandırıb. Belə ki, universitetinin tələbələri arasında keçirilmiş “İlin adamı” sorğusunun nəticələrinə görə, “İlin vətənpərvər millət vəkili” mükafatı rektor Ahmet Saniç tərəfindən Qənirə Paşayevaya təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1291

Oxşar yazılar