Milanda 166 marşrutda “Xocalıya Ədalət” şüarı!
24 fevral 2015 15:39 (UTC +04:00)

Milanda 166 marşrutda “Xocalıya Ədalət” şüarı!

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı İtaliyanın Milan şəhərində silsilə tədbirlər kampaniyası davam edir.

 

APA-Hoildinq”in Milana ezam olunmuş müxbiri xəbər verir ki, 3 gün Milan şəhər nəqliyyatının 166 marşrutda Xocalı faciəsini əks etdirən, üzərində “Xocalıya Ədalət!” şüarı olan avtobus, tramvay və trolleybuslar reysə çıxıb.

 

Bu marşrutların hərəkət trayektoriyası şəhərin bütün yaşayış məntəqələrini əhatə edir. O cümlədən 6 marşrut bütün sutka ərzində və şəhər boyu dairəvi hərəkətdədir. Şəhər Nəqliyyat Departamenti ilə bağlanan müqaviləyə əsasən, stiker və bannerlər daha 2 həftə ərzində marşrutlarda saxlanılacaq.

 

Bundan başqa, şəhər sakinlərinə Xocalı soyqırımına həsr olunmuş məlumat bukletləri paylanıb. 15 min tirajla çap edilmiş bukletlərin böyük hissəsi səhərin əksər teatr və mədəniyyət mərkəzlərində, ictimaiyyətin sıx olduğu yerlərdə, ictimai nəqliyyatda təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar