Mətbuat Şurasından mitinq açıqlaması - YENİLƏNİB
15 mart 2015 19:31 (UTC +04:00)

Mətbuat Şurasından mitinq açıqlaması - YENİLƏNİB

Milli Şuranın martın 15-də «İnşaatçılar» metrostansiyasının yaxınlığında, keçmiş «Məhsul» stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı hər hansı problem qeydə alınmayıb.

 

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun aksiyada olan üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.   

 

Bundan başqa MŞ-nin «qaynar xətt» rejimində fəaliyyət göstərən (012) 441 35 30 telefon nömrəsinə də hər hansı müraciət daxil olmayıb.

 

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin heç də hamısının üzərində «PRESS» yazılmış xüsusi gödəkcələrdə olmadığını qeydə alıb, bununla bağlı müvafiq tövsiyələrini veriblər.

 

***

12:53

Bu gün Milli Şuranın “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı «Məhsul» stadionunda keçirəcəyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqi aparılacaq.

 

Azərbaycan Mətbuat Şurasından APA-ya verilən məlumata görə, bu məqsədlə Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı  monitorinq qrupunun üzvləri aksiyanı izləyəcəklər.

 

Şuranın mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri də prosesdə iştirak edəcəklər. Onlar jurnalistlərə peşə fəaliyyətlərini yerinə yetirmələri üçün yaradılmış şəraiti müşahidə edəcəklər.

 

Bundan başqa, MŞ-nin (012) 441 35 30 telefon nömrəsi də saat 15.00-dan 17.00-dək «qaynar xətt» rejimində fəaliyyət göstərəcək.

 

Azərbaycan Mətbuat Şurası mitinqi işlıqlandıracaq bütün jurnalistlərdən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdən olmalarını xahiş edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar