Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər əsnasında nazir Elmar Məmmədyarovun Portuqaliya Respublikasının rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.