Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunub. Lent.az-ın məlumatına görə, Pakistan prezidenti Məmnun Hüseyn 11 fevral 2015-ci il tarixdə bu barədə sərəncam imzalayıb.
Xatırladaq ki, “Hilal-e Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır.