İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif fevralın 16-da Azərbaycana rəsmi səfər edəcək.
APA-nın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.
Azərbaycan xarici işlər nazirinin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Məhəmməd Cavad Zərif dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə İran ilə Azərbaycanın qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.