Krıma qarşı sanksiyaların müddəti uzadıldı
17 iyun 2016 15:56 (UTC +04:00)

Krıma qarşı sanksiyaların müddəti uzadıldı

0

 

Avropa İttifaqı Krım və Sevastopola qarşı sanksiyaları daha bir il uzadıb.

 

APA-nın məlumatına görə, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

 

Bildirilir ki, belə bir qərar yarımadanın Rusiyanın tərkibinə daxil olmasını tanımamaq strategiyası çərçivəsində qəbul edilib: “Aİ ölkələrinin vətəndaşları və Avropa Şurasındakı şirkətlər bu qərara əməl etməyə borcludurlar”.

 

Sanksiyalarda istənilən Krım məhsullarının Aİ zonasına idxalı, Krım ərazisində Avropa investisiyası, mülklərin alınması, biznesin maliyyələşdirilməsi, turizm daxil olmaqla, digər xidmətlərin qadağan edilməsi nəzərdə tutulur.

 

Avropa dəniz gəmilərinə də fövqəladə vəziyyətlər istisna olmaq şərti ilə, Krım limanlarına daxil olmaq yasaqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar