Böyük Britaniya kraliçası II Yelizaveta hökumətin ölkənin Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum keçirilməsi barədə qanun qəbul edəcəyini bildirib.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, kraliça bu haqda ölkə parlamentində çıxışında deyib. II Yelizaveta referendumun 2017-ci ilin sonunadək keçiriləcəyini qeyd edib.
“Mənim ölkəm Birləşmiş Krallığın Avropa Birliyi ilə münasibətlərinə yenidən baxacaq və bütün üzv ölkələrin xeyri, maraqları naminə bu birlikdə islahatlara çalışacaq”, - deyə kraliça II Yelizaveta vurğulayıb.
Kraliça həmçinin qeyd edib ki, Böyük Britaniya Ukraynanın şərqindəki vəziyyətə görə, Rusiyaya təzyiqləri davam etdirəcək.
Mayın 7-də Böyük Britaniyada keçirilən parlament seçkisində baş nazir David Kemeronun mühafizəkar partiyası qalib gəlib.
Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirilməsi onun seçkiqabağı vədlərindən biri olub.