Türkiyədə Qarabağ parkı açılacaq
03 noyabr 2016 13:40 (UTC +04:00)

Türkiyədə Qarabağ parkı açılacaq

III Beynəlxalq Kitab və Mədəniyyət Fuarında iştirak edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupu üzvü Qənirə Paşayeva Kahramanmaraş bələdiyyə başqanı Mehmet Fatih Erkoçla görüşüb.

 

Lent.az-ın məlumatına görə, M. F. Erkoç görüş zamanı Kahramanmaraşda Qarabağ Parkının salınması ilə bağlı Azərbaycan Təhsil, Mədəniyyət və Dayanışma Dərnəyinin, qurumun rəhbəri Tural Şahbazlının bələdiyyə başqanı kimi ona müraciətinə və millət vəkili Q.Paşayevanın ötən görüşlər zamanı bu istiqamətdə səsləndirdiyi təklifə böyük həssaslıqla yanaşdıqlarını deyərək yaxın zamanlarda qədim Qarabağın adını daşıyacaq böyük parkın şəhərin mərkəzində salınacağını söyləyib və bu istiqamətdə işlərə artıq başlanıldığını deyib.

 

Bu addım üçün təşəkkür edən millət vəkili Q.Paşayeva hər zaman terrorla mübarizədə Azərbaycanın Türkiyənin yanında olduğunu deyib.

 

Aprel hadisələrinə toxunan bələdiyyə başqanı Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyib və Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq.

 

Kahramanmaraş bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Q. Paşayeva kitabın növbəti hissələrində qədim Kahramanmaraşın da yer alacağını bildirib.

 

Görüşdə Q.Paşayeva ilə Kahramanmaraş bələdiyyə başqanı arasında  Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərə ortaq tarix, mədəniyyətin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 110
avatar

Oxşar yazılar