İvanişvili Azərbaycan prezidentinə təşəkkürünü bildirib
27 dekabr 2012 00:37 (UTC +04:00)

İvanişvili Azərbaycan prezidentinə təşəkkürünü bildirib

0

Azərbaycana ilk rəsmi səfərdən qayıtmış Gürcüstanın baş naziri Bidzina İvanişvili “İmedi” televiziya kanalına məxsusi müsahibə verib.

Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bidzina İvanişvili  prezident İlham Əliyevə səmimi qəbula görə təşəkkür edib. Baş nazir deyib ki, İlham Əliyev olduqca istedadlı prezidentdir: "Mən bunu görüşümüzün ilk anından hiss etdim".

Baş nazir bildirib ki, Gürcüstan ilə Azərbaycanın strateji tərəfdaşlığı davam etdiriləcək: "Biz ölkələrimizin mənafeyi ziddinə heç bir addım atmayacağıq".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar