İvanişvili: “ BTQ-ni heç vaxt sual altında qoymamışam”
28 dekabr 2012 01:39 (UTC +04:00)

İvanişvili: “ BTQ-ni heç vaxt sual altında qoymamışam”

0

“Bakı-Tiflis-Qars (BTQ-red.) dəmiryolu barədə bəyanatım nədənsə müxalifəti narahat edir və onlar situasiyanı gərginləşdirmək arzusundadırlar. Mənim BTQ layihəsi barədə suallarıma görə azərbaycanlılar narahat olmurlar.”

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili “İmedi” televiziyasına müsahibəsində bildirib.

 

“Mən Bakı-Tifis-Qars dəmiryolunun tikintisini heç vaxt sual altında qoymamışam. Bu, çox maraqlı layihədir. İqtisadi baxımdan, indi də bunu təkrar edirəm, layihə bir sıra müəyyən məsələlər doğurur. Lakin onlar həll olunandır. Yalnız opponentlərdə  bu mövzu ətrafında situasiyanı gərginləşdirmək arzusu oyanıb. Bu layihə geosiyasi cəhətdən  çox sərfəli layihədir. Son nəticədə bu layihə faydalı olacaq. Fikirlərim heç kimi narahat etməsin. Bu fikirlərə görə, hətta azərbaycanlılar da narahat olmur”-deyə, İvanişvili söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 843

Oxşar yazılar