İtaliyanın xarici işlər naziri Azərbaycana gəlir
04 noyabr 2016 15:58 (UTC +04:00)

İtaliyanın xarici işlər naziri Azərbaycana gəlir

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni 7-8 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

 

XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Paolo Centiloninin noyabrın 7-də xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 7 noyabr tarixində saat 18:20-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar