İsveçrə Konfederasiyasının prezidenti Simonetta Sommaruqa Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. Lent.az-ın “AzərTAc”-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
“Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi İsveçrə Federal Şurası adından təbrik edir, Azərbaycan xalqına rifah və ölkənizə tərəqqi arzulayıram. Əminəm ki, qarşıdan gələn ildə də ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcək”.