Bu gün İstanbulda Xocalı soyqırımı ilə bağlı anım yürüşü keçirilib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, İstanbuldakı Azərbaycan təşkilatlarının birgə təşkil etdiyi aksiyada mindən çox insan iştirak edib.
İstanbulda Dolmabahçe sarayının qarşısından başlayan yürüş Beşiktaş meydanında başa çatıb.
Aksiyada “Xocalıya ədalət”, “Qarabağ Türkündür,Türkün qalacaq” kimi şüarlar səsləndirilib.
İstanbul polisi yürüşün təhlükəsizliyini təmin edib. Aksiya insidentsiz başa çatıb.