Bir neçə ölkənin prezidentindən 28 May təbriki
03 iyun 2015 17:35 (UTC +04:00)

Bir neçə ölkənin prezidentindən 28 May təbriki

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani 28 May - Respublika günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikasının xalqını və dövlətini səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi istiqamətində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə bundan sonra daha da genişlənəcəkdir.

Allah-Təaladan Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə rifah, səadət və başucalığı arzu edirəm.

Bundan başqa Xorvatiya Prezidenti Xanım Kolindan Qrabar-Kitaroviç, Litva Prezidenti Dalya Qribauskayte, Roma Papası Fransis, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, İspaniyanın Kralı VI Felipe dəpreident İlham Əliyevə təbrik məktubu göndərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174

Oxşar yazılar