İlham Əliyev Prokopis Pavlopulosu Yunanıstan prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Pavlopulos, Yunanıstan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycanla Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.