İlham Əliyev Polşa səfirinin etimadnaməsini qəbul edib
27 fevral 2015 14:31 (UTC +04:00)

İlham Əliyev Polşa səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev fevralın 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanın etimadnaməsini qəbul edib.



Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, qəbul zamanı ölkələr və xalqlar arasında münasibətlərin qədim tarixə malik olduğunu vurğulayan dövlət başçısı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib.

 

 

Polşa Prezidenti Bronislav Komorovski ilə Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan və Polşa  arasında siyasi, iqtisadi, enerji, humanitar, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən İlham Əliyev Polşa şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin isə Polşada həyata keçirilən birgə layihələrdə daha fəal iştirak etmələrinin önəmini qeyd edib.



Səfir Marek Tsalka ayrı-ayrı nümayəndə heyətlərinin tərkibində Azərbaycana müxtəlif vaxtlarda səfər etdiyini vurğulayıb. O, diplomatik fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Oxşar yazılar