Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Ram Baran Yadava bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, təbrikdə deyilir:
"Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına sülh və firavanlıq arzulayıram".